AHÜ VAY

is. Dərd, kədər, qüssə, qəm.
Çox etdi mənçün ah-vayı; Gözündən axıtdı dürlü çayı. Xətayi.

// Fəryad, fəğan.
…Getdikcə şəhərin hər tərəfini saran fəryad və ah-vay səslərini eşidirdik. M.S.Ordubadi.
Mən az görməmişəm bu sarayları; Burda göyə çıxan ahü vayları. S.Vurğun.

□ Ah-vay etmək – kədərlənmək, dərdlənmək, dərd və qüssədən şikayətlənmək.
// Fəryad etmək.
Yeni məhbus uzun müddət ah-vay etmiş, … düşdüyü yerdə yatıb qalmışdı. M.İbrahimov.

AHÜ NALƏ
AHÜ ZAR
OBASTAN VİKİ
Vay adaları
Vay adaları (khm. កោះតាង) — Cənubi Çin dənizinə daxil olan, Siam körfəzində yerləşən adalar. Kambocanın Kampot vilayətinə daxildir. Sahildən 95 km aralıda yerləşir. Arxipelaq iki adadan ibarətdir.
Vay adası
Vay (tay เกาะหวาย) — Siam körfəzində yerləşən 52 adadan ibarət olan arxipelaqa daxildir. İnzibati cəhətdən Tailandın Trat vilayətinə daxildir. Ko-Çanq milli parkı ərazisinə daxildir. Adanın uzunluğu 6 km, eni 1,5 km təşkil edir. == Təsviri == Adanın şərq hissəsi mərcan rifləri ilə əhatələnmişdir. Bu hissədə çimərliklər vardır. Qərb hissəsi nisbətən qayalıqdır. Burada dəniz quşlayı yuva qurur. Adanın ərazisi sıx cəngəlliklərlə əhatələnmişdir. Adada infrastruktur, maqazin, yollar yoxdur.